Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Alekseyevka kəndində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1961-ci il təvəllüdlü Babayev Bədiyar Cavanşir oğluna məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb, 1 nəfər bədən xəsarətləri alıb.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Binəqədi qəsəbəsində sexdə yanğın olub - YENİLƏNİB 2
FHN “Aghdam Residence” yaşayış kompleksində təlim keçirib (video, foto)
FHN Mətbuat xidmətinin məlumatı (VİDEO)
Mingəçevirdə evdə partlayış olub
Paytaxtın Nərimanov rayonunda fərdi yaşayış evində partlayış baş verib