Türkiyənin Paxlava və Şirniyyat İstehsalçıları Assosiasiyasının (BAKTAD) və “Rəmzioğlu paxlava”nın təşkilatçılığı ilə keçirilən “13-cü Ənənəvi Qızıl Oxlova Paxlava Ustaları Müsabiqəsi və Şirniyyat Festivalı” bu il paytaxt Bakıda təşkil olunub.
Festivalın məqsədi Türkiyə və Azərbaycan paxlava istehsalçıları arasında əməkdaşlığın inkişaf etdirilməsi, iki ölkənin paxlava və şirniyyatlarının xarici ölkələrdə birgə tanıdılmasıdır.
Bakı İdman Sarayında təşkil olunan və iki ölkə arasında möhkəm dostluq və qardaşlığı bir daha nümayiş etdirən festival Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Festivalda Türkiyəyə xas 60 növ şirniyyat, Azərbaycandan isə Bakı, Qəbələ, Şəki paxlavalarının da daxil olduğu 10 növ şirniyyat nümayiş etdirilib.
Həmçinin milli rəqslər nümayiş etdirilib, incəsənət xadimlərinin ifaları dinlənilib, paxlavanın hazırlanması prosesi göstərilib.
Festivalda ziyarətçilərə 20 min dilim paxlava paylanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Bakıda türk paxlavası rüzgarı əsdi
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib