azturkxeber.az
http://azturkxeber.az

Şuşada ilk dəfə şagirdlərlə maarifləndirmə tədbiri keçirib

14-12-2024

 Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Səməd Məhərrəmov narkotik vasitələrin insan sağlamlığı, düşüncə qabiliyyəti üçün törətdiyi zərərlərdən söhbət açıb. O, narkomaniya aludəçisi olanların fiziki və mənəvi olaraq uçuruma yuvarlanması, doğmaları üçün problemlər yaratmasından danışıb. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirmələri,  mütəmadi şəkildə mütaliə ilə məşğul olmaları tövsiyə edilib. Daha sonra çıxış edənlər də narkotik asılılığın cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar. Həmçinin Polis Akademiyasında oxumaq arzusunda olan şagirdlərə burada yaradılan yüksək şəraitdən və təhsilin keyfiyyətindən ətraflı bəhs olunub.

Sonda maarifləndirici video çarx göstərilib, maraq doğuran suallar cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031