ABŞ-nın yeni seçilmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasını ABŞ-da yay vaxtına son qoymaq üçün addımlar atmağa çağırıb. O, “Truth Social” sosial şəbəkəsindəki hesabından yay vaxtı ilə bağlı açıqlama verib.
Tramp ABŞ-da tətbiq olunan yay vaxtının ölkə üçün çox baha başa gəldiyini və əlverişsiz olduğunu müdafiə edərək deyib ki, Respublikaçılar Partiyası yay vaxtına keçid praktikasını ləğv etmək üçün hər cür səy göstərəcək.
Qeyd edək ki, ABŞ-da bəzi respublikaçı senatorlar uzun müddətdir ki, Konqresi yay vaxtına keçidi ləğv etməyə çağırırlar.
ABŞ-da yay vaxtına keçid bu il martın 10-da başlayıb və 2024-cü il noyabrın 3-də saatların bir saat geri çəkilməsi ilə başa çatıb.
Birinci Dünya Müharibəsindən bu yana ABŞ-da müxtəlif üsullarla tətbiq edilən yay vaxtı 1966-cı ildə qüvvəyə minən federal qanunla ölkə daxilində tətbiq olunur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Milli Məclisdə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi formalaşdırıldı