Beynəlxalq kredit reytinq agentliyi Moody's Fransanın kredit reytinqini "Aa3"ə endirib və reytinq proqnozunu stabil olaraq dəyişib.
Moody's-in verdiyi açıqlamada ölkənin kredit reytinqinin "Aa2"dən "Aa3"ə endirildiyi bildirilib.
Bəyanatda qeyd olunub ki, reytinqin aşağı salınması ölkənin dövlət maliyyəsinin yaxın illərdə əhəmiyyətli dərəcədə zəifləyəcəyi və siyasi bölünmələrin daha çox mənalı fiskal konsolidasiyaya mane olacağı fikrini əks etdirir.
Açıqlamada yeni hökumətin 2025-ci ildə dövlət idarəçiliyinin davamlılığını təmin edəcək xüsusi qanun qəbul etməsinin gözlənildiyi bildirilib. Bununla belə, gələcəyə nəzər saldıqda, yeni hökumətin fiskal kəsirləri davamlı şəkildə azaltmasının çətin olduğu vurğulanıb və Fransanın dövlət maliyyəsinin növbəti 3 il üçün oktyabr ayında proqnozlaşdırılandan daha zəif olacağı bildirilib.
Xatırladaq ki, Moody's oktyabrda Fransanın kredit reytinqinin proqnozunu "stabil"dən "neqativ"ə dəyişmişdi.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Moody’s” Fransanın kredit reytinqini mənfi proqnozla saxlayıb
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”