azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib

14-12-2024

 Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azturkxeber.az xəbər verir ki, Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunmuş döyüş təcrübəsinin qoşunlarımızın hazırlığında tətbiqindən danışıb.
General-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant M.Nielsen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib.
Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031