Ölkəmizdə səfərdə olan Belarus Respublikasının “BelVitunifarm” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib.
İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə iki ölkənin müvafiq qurumları arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.
Görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyev və “BelVitunifarm” ASC-nin baş direktoru İlya Darovskix ölkəmizdə baytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılması ilə bağlı əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqavilədə Azərbaycanla Belarus arasında sənaye əməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsal müəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıq preparatları ilə təmin edilməsi və digər dövlətlərə satışının həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, sənəddə quduzluğa qarşı vaksin tərkibli hazır aldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarının istehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalı və istifadəsi sahəsində mütəxəssislərin hazırlanması, məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılması üçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmi tədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması və digər məsələlər əksini tapıb.
Sonra nümayəndə heyəti iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin iclası keçirilib
Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!