Dünyanın nüfuzlu reytinqlərindən olan “UI GreenMetric” reytinq sisteminin 2024-cü il üzrə nəticələri açıqlanıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) bu siyahıda böyük nailiyyət əldə edərək əvvəlki mövqeyini yaxşılaşdırıb.
Bu barədə AzMİU-dan bildirilib. Qeyd olunub ki, universitet 813-cü yerdən 632-ci yerə yüksələrək 8-ci dəfə bu siyahıda qərarlaşıb. Bu uğur AzMİU-nun ekoloji dayanıqlılıq, yaşıl kampus prinsipləri və davamlı inkişaf sahəsindəki ardıcıl fəaliyyətlərinin nəticəsidir. Universitet rəhbərliyi yaşıl kampus strategiyasını daha da inkişaf etdirmək üçün müxtəlif layihələr həyata keçirir. Bu layihələr arasında tullantıların təkrar emalı, enerji səmərəliliyi və ekoloji təhsilə yönəlmiş təşəbbüslər xüsusi yer tutur.
AzMİU-nun irəliləyişi universitetin tələbə və əməkdaşlarına davamlı və yaşıl mühit təmin etmək istiqamətindəki səylərinin uğurlu nəticəsi olaraq dəyərləndirilir. Universitet davamlı inkişaf məqsədlərinə uyğun yeni layihələr və təşəbbüslər həyata keçirməyə davam edəcək.
Qeyd edək ki, “UI GreenMetric” reytinq sistemi dünyanın 95 ölkəsindən 1477 universiteti əhatə edən qlobal platformadır. Bu sistem universitetlərin iqlim dəyişikliyi, təmiz enerji, su ehtiyatlarının qorunması, tullantıların təkrar emalı və yaşıl nəqliyyat sahələrindəki fəaliyyətlərini qiymətləndirir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib