Müxalifət Dəməşqi ələ keçirdikdən və Əsəd rejiminin sona çatmasından sonra bütün gözlər Suriyanın yenidən qurulması ssenarilərinə çevrildi. Müharibə nəticəsində infrastruktur, kənd təsərrüfatı, sənaye və xidmət sektorlarının ağır zərbə aldığı ölkədə bərpa prosesinin ən azı 10 il çəkəcəyi gözlənilir.
Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, ölkənin müharibədən sonrakı bərpası üçün tələb olunan büdcə 400 milyard dolları keçə bilər. “Vision of Humanity”nin məlumatlarına görə, son münaqişələr istisna olmaqla, 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkədə yaşayış binalarının 17,5 faizi dağıdılıb.Hesablamalara görə, münaqişə nəticəsində infrastruktura dəyən ziyan 118 milyard dollara yaxındır.
Dünya Bankının hesabatına görə, qeyri-neft iqtisadiyyatı infrastrukturların dağıdılması, yanacaq və elektrik enerjisinə çıxışın azalması, biznesə inamın aşağı olması və ticarətin pozulması səbəbindən 52 faiz azalıb.Hesablamalara görə, kənd təsərrüfatı və dövlət sektoru real olaraq 40 faizdən çox azalıb.
Dünya Bankının məlumatına görə, Suriyanın milli gəliri 2021-ci ildə 2010-cu illə müqayisədə 54 faiz azalıb. Əhalinin 69 faizi isə yoxsulluq həddində yaşayır.Bildirilir ki, Suriya iqtisadiyyatının bərpası üçün ən azı 10 il lazımdır. Bu işdə xüsusilə Avropa Birliyi, Körfəz ölkələri, Çin, Türkiyə və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Lakin bu dəstəyin nə dərəcədə verilə biləcəyi siyasi proseslərdən asılı olacaq.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2026-ci ilin dövlət büdcəsi müzakirə olunub
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb