Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan daha 6 gənc peşə dərnəklərində təcrübə kursları keçmək üçün Türkiyəyə yola salınıb.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, onlar 2 ay ərzində Türkiyənin Ankara və Antaliya şəhərlərində müvafiq peşə dərnəklərində təcrübə kursunda olacaqlar.
Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudovun həmin gənclərlə görüşündə bildirilib ki, Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu ilin ötən dövründə 500 gənc üçün peşə kursları təşkil edilib. Onlardan 20-si müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir. Əlilliyi olan gənclər Mərkəzdə öyrəndikləri peşələr üzrə xarici təcrübə ilə əyani tanış olur, həmin təcrübə əsasında bilik və bacarıqlarını artırırlar. Bu məqsədlə ötən dövrdə Mərkəzin 161, o cümlədən cari ildə 32 yetirməsi Türkiyədəki peşə dərnəklərinə təcrübə kurslarına göndərilib. Həmin təcrübə səfərləri əlilliyi olan şəxslərin sosial reabilitasiyasında da xüsusi önəm kəsb edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində ardıcıl işlər aparılır