Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) “Könüllü DOST” proqramının “DigiDOST” altproqramına qeydiyyat başlayıb. DOST-un mətbuat xidmətindən verilən məlumata görə, indiyədək müxtəlif sosial sahələrdə fəaliyyət göstərən “Könüllü DOST” proqramı bu dəfə gəncləri texnologiya və rəqəmsal bacarıqlar sahəsində inkişaf etməyə dəvət edir.
“DigiDOST” gənclərə rəqəmsal alətlər, texnologiya və onlayn platformalardan daha səmərəli istifadə etmək, proseslərin təkmilləşdirilməsi, məlumat bazalarının formalaşdırılmasını öyrənmək imkanı tanıyacaq .
Proqramın iştirakçıları DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyət sahələrində uyğun sorğuların cavablandırılması, məlumat bazaları ilə iş, proseslərin təkmilləşdirilməsi, rəqəmsal savadlılığın artırılması və s. istiqamətlərdə fəaliyyət göstərəcəklər.
Proqramda iştirak etmək istəyən şəxslər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, hazırda “Könüllü DOST” proqramı çərçivəsində 7 altproqram (“Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST”, “İnklüziv DOST”, “Distant DOST”, “DigiDOST”, “TeleDOST”) icra edilməkdədir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin iclasında
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri