Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən “Data Science” təlimlərinə start verilib.
BDU-dan bildirilib ki, təlim çərçivəsində tələbələrə verilənlərin toplanması, təhlili, vizualizasiyası və analiz nəticələrinin düzgün təqdim edilməsi öyrədiləcək. Həmçinin “Python”, “Excel” və digər müasir alətlər vasitəsilə verilənlərin emalı və maşın öyrənməsinin əsas prinsipləri praktiki nümunələrlə tədris olunacaq.
Proqrama qəbul olunan tələbələr 6 ay ərzində real şəraitdən götürülmüş problemlərin həlli üzərində çalışacaq, statistik analiz və data vizualizasiyası ilə iş təcrübəsi əldə edəcəklər. Təlimi uğurla başa vuran tələbələr gələcəkdə data analitikası və maşın öyrənməsi sahəsində fəaliyyət göstərmək üçün zəruri olan bilik və bacarıqlara yiyələnəcəklər. Təlim iştirakçıları həm fərdi, həm də qrup halında layihələr üzərində işləyərək, komanda işini və analitik düşüncə qabiliyyətlərini inkişaf etdirəcəklər.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür!
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına start verilir
“Azərbaycan Dəmir Yolları” və “Stadler Rail Group” Təlim və İnkişaf Mərkəzinin yaradılması ilə bağlı müqavilə imzalayıb