Avropada super hesablama texnologiyaları və tətbiqlərini inkişaf etdirmək məqsədi daşıyan Lüksemburqda yerləşən Avropa Yüksək Performanslı Hesablama Tərəfdaşlığı Təşəbbüsü (Euro HPC) Avropa İttifaqında innovasiyaları artırmaq üçün süni intellekt fabrikləri qurmaq üçün 7 konsorsiumun müəyyən edildiyini açıqlayıb.
Açıqlamaya əsasən Euro HPC gələn il Avropada yerləşdiriləcək ilk Avropa süni intellekt fabriklərinə ev sahibliyi edəcək mərkəzləri seçib. Bu süni intellekt fabrikləri Finlandiya, Almaniya, Yunanıstan, İtaliya, Lüksemburq, İspaniya və İsveçdə olacaq. Bildirilib ki, təşəbbüs Avropada qabaqcıl süni intellekt modellərini öyrətmək və süni intellekt həllərini inkişaf etdirmək üçün ekosistem yaratmaq məqsədi daşıyır.
İlk süni intellekt fabrikləri milli və Aİ fondlarını birləşdirən 1,5 milyard avroluq sərmayəni təmsil edəcək.
Açıqlamada investisiyanın yarısının Avropa İttifaqının Rəqəmsal Avropa və Horizon Europe proqramları ilə maliyyələşdiriləcəyi, süni intellekt fabriklərinin Avropanın aparıcı tədqiqat və texnologiya mərkəzlərində yerləşəcəyi bildirilib. Süni intellekt fabriklərinin Avropanın bu sahədə tutumunu artıracağı vurğulanıb və fabriklərin 2025-2026-cı illərdə istifadəyə veriləcəyi də bildirilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclasında