azturkxeber.az
http://azturkxeber.az

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelər sahəsində bacarıqların inkişafı üzrə “Qış məktəbi” təşkil olunacaq

10-12-2024

 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13-15 dekabr 2024-cü il tarixlərdə Şamaxı şəhərində mədəniyyət və yaradıcı sənayelər (MYS) sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və fiziki şəxslər üçün “Qış məktəbi” keçiriləcəkdir.
“Qış məktəbi” MYS sahəsində məlumatlılıq səviyyəsinin artırılması, effektiv layihə idarəedilməsi və strategiya qurma bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. İştirakçılar “Qış məktəbi”ndə MYS-nin prioritet istiqamətləri, eləcə də mədəniyyət siyasəti ilə bağlı biliklər əldə edəcək, MYS sahəsində şəbəkələşmə imkanı qazanacaqlar.
İştirak qeydiyyat vasitəsilə mümkündür. Qeydiyyat 11 dekabr 2024-cü il tarixdə saat 23.59-a qədər aktiv olacaq.
Qeydiyyat üçün: 
https://winterschool.culture.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031