Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, forum çərçivəsində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) ilə ISSA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda, 2012-ci ildə BPSFA ilə ISSA arasında imzalanmış Anlaşma Memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Milli Məclisin iclasında
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı