azturkxeber.az
http://azturkxeber.az

Özbəkistan parlamentinin deputatı Milli Məclisdə

09-12-2024

 Dekabrın 9-da Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının Gənclər, mədəniyyət və idman komitəsinin sədri Orzigül Kozixonova ilə görüşüb.
Söhbət zamanı Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransının əhəmiyyəti, Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkə başçılarının dostluq münasibətləri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına mühüm töhfələr verir. 
Görüşdə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə nəticələnən Vətən müharibəsində Özbəkistanın ölkəmizə verdiyi siyasi dəstək xüsusi qeyd olunub. Bildirilib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsindən sonra Özbəkistanın orada aparılan tikinti-quruculuq işlərində iştirakı, məktəb tikintisi həyata keçirməsi qardaşlıq münasibətlərinin təzahürüdür. Qonaq dünən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri barədə təəssüratlarını bölüşüb, orada görülən işləri yüksək qiymətləndirib.
 Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, Türk Dövlətləri Təşkilatında əməkdaşlığın əhəmiyyəti və müxtəlif sahələrdə maraq doğuran məsələlər barədə də müzakirələr aparılıb.
Görüşdə iştirak edən Milli Məclisin deputatları Eyvaz Qurbanov və Göydəniz Qəhrəmanov  Azərbaycan-Özbəkistan münasibətlərinə dair fikirlərini bölüşüblər. 
Görüşdə Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov və digər rəsmi şəxslər  də iştirak ediblər.


Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031