Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Proaktiv sosial ödənişlər mexanizmi” layihəsi Almaniyada təşkil olunan “Rəqəmsal rabitə mükafatları 2024” müsabiqəsində yüksək qiymət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə müsabiqənin “İnnovativ kommunikasiya” kateqoriyası üzrə mükafata layiq görülüb.
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Krallıq, İsrail, Türkiyə, İsveçrə, Almaniya və digər ölkələrin 150-yə yaxın qurumu iştirak edib.
Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi isə ABŞ-ın “OnCon Icon Awards 2024” müsabiqəsinin “10 ən yaxşı texnologiya komandası” kateqoriyası üzrə qalib seçilib. Müsabiqədə dünyanın müxtəlif ölkələrindən “Dell Technologies”, “EY”, “Microsoft”, “Walmart” və texnologiya sahəsində fəaliyyət göstərən digər 200-ə yaxın təşkilat iştirak edib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı günüdür
Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib