azturkxeber.az
http://azturkxeber.az

Qaxda nöqsanlar aşkarlanan alkoqolsuz içki istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

09-12-2024

 Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Qum kəndində fəaliyyət göstərən Əliyev Cüməli İsgəndər oğluna məxsus alkoqolsuz içki istehsalı müəssisəsində planlı yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb.

Müəssisədə döşəmə və divar səthlərinin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, işçilərin əllərinin yuyulması üçün isti-soyuq su və yuyucu maddələrlə təmin edilmiş yuma sahəsinin ayrılmadığı, kanalizasiya xətlərinin çirklənmədən mühafizə edəcək şəkildə quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanılması üçün xüsusi bölümün olmadığı və digər nöqsanlar müəyyən edilib.

Fakla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031