azturkxeber.az
http://azturkxeber.az

İtaliyada neft emalı zavodunda güclü partlayış olub

09-12-2024

 İtaliyanın “Eni” neft-qaz şirkətinin Florensiya əyalətinin Kalenzano şəhərindəki neft emalı zavodunda güclü partlayış baş verib.

Əraziyə mülki müdafiə qüvvələri, təcili tibbi yardım maşınları və hüquq-mühafizə orqanları cəlb olunub. Partlayış zavodun anbarlarından birində baş verib, daha sonra güclü yanğına səbəb olub və meydana gələn qatı tüstü geniş əraziyə yayılıb.

Toskana regionunun prezidenti Eugenio Giani hadisə nəticəsində xəsarət alanların olduğunu bildirib.

Kalenzano şəhərinin giriş-çıxış yolları bağlanıb, qatarların fəaliyyəti dayandırılıb. Bölgədəki xəstəxanalar və təcili yardım mərkəzləri xəbərdar edilib.

Şahidlər güclü partlayışın evlərdə hiss edildiyini bildiriblər. Partlayış yaxınlıqdakı bəzi sənaye binalarının şüşələrinin qırılmasına səbəb olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031