azturkxeber.az
http://azturkxeber.az

Dövlət qurumlarının nümayəndələri üçün mühüm infrastruktur təhlükəsizliyi mövzusunda təlim keçirilir

09-12-2024

 Dekabrın 9-13-də Bakıda Azərbaycanın “Sülh naminə Tərəfdaşlıq” (SNT) Proqramının Çərçivə Sənədinə qoşulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Ankarada yerləşən Terrorizmə Qarşı Müdafiə üzrə Mükəmməllik Mərkəzi (TQMMM) tərəfindən “Qabaqcıl mühüm infrastruktur təhlükəsizliyi və terrorist hücumlarına qarşı dayanıqlılıq” mövzusunda təlim kursu keçirilir.

Təlim kursu çərçivəsində iştirakçılar terrorçuların dövlət və özəl sektorda mövcud boşluqlardan istifadə etməsi, terror hücumlarının əsas hədəfləri, bu sahədə əsas narahatlıqlar və onlara qarşı ikitərəfli və regional cavab tədbirləri, tətbiq olunmuş effektiv proqramlar, böhran vəziyyətlərinin idarə edilməsi, müxtəlif sahələrdə həyata keçirilən təhlükəsizlik və dayanıqlılıq tədbirləri və s. barədə məlumatlandırılacaqlar.

Tədbir zamanı, həmçinin dövlətlərə qarşı artan təhdidlər mühitində mühüm infrastrukturun təhlükəsizliyinin effektiv şəkildə təmin edilməsi üsulları, əsas enerji obyektlərinin dayanıqlılığının artırılması təcrübələri araşdırılacaq. Təlim kursunda Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edəcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031