Anqolanın gənclər və idman nazirinin müavini Paulo Rodriqes da Silva və İnfrastruktur departamentinin müdiri Elizabet Kailo SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən bildirilib ki, görüşdə rektor Elmar Qasımov təhsil müəssisəsinin güclü maddi-texniki bazasını və beynəlxalq əlaqələrini vurğulayıb. Rektor ali məktəbdə Konqo, Nigeriya, Sudan və digər Afrika ölkələrindən tələbələrin təhsil aldığını vurğulayıb.
Görüşdə gələcəkdə Anqoladan da tələbələrin təhsil almasının mümkünlüyü müzakirə edilib. Həmçinin Anqolada BANM məzunlarının çalışdıqları diqqətə çatdırılıb.
Paulo Rodriqes da Silva isə çıxışında Azərbaycan ilə təhsil sahəsindəki əməkdaşlığın inkişafını yüksək qiymətləndirərək bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə ümid etdiyini bildirib.
Sonda kampusu gəzən qonaqlar yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.





Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycanın dinamik inkişaf edən beynəlxalq əlaqələri - Afrika ölkələri ilə əməkdaşlıq yeni müstəvidə
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB