Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzindəki “RehaPoint” - Reabilitasiya Məntəqəsində ötən dövrdə əlilliyi olan 1450-dək şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, ötən il dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan bölgə sakinlərinə ambulator reabilitasiya xidmətləri göstərilir. Həmin şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanır.
Məntəqədə əlilliyi olan şəxslərə 800-dən çox reabilitasiya vasitəsi də verilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“RehaPoint” məntəqəsində 1600-dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
RehaPoint” Məntəqəsində 2,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib