azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələri inkişaf edir 

07-12-2024

 Dekabrın 7-də Milli Məclisin Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin Sosial məsələlər, səhiyyə, elm, təhsil, mədəniyyət, gənclər və qadın siyasəti komitəsinin sədri Məhmədşoh Qulzoda ilə görüşüb.
Söhbət zamanı Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransının əhəmiyyəti, Azərbaycan və Tacikistan arasında iqtisadi, təhsil, səhiyyə, mədəniyyət, parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, iki ölkənin münasibətləri qardaşlıq və dostluq xarakteri daşıyır və Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Tacikistan tərəfindən məmnunluqla qarşılanır. Tərəflər parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, qarşılıqlı tələbə mübadiləsi və müxtəlif sahələrdə maraq doğuran məsələlər barədə də müzakirələr aparıblar.
Görüşdə Milli Məclisin deputatları Azər Badamov, Xanlar Fətiyev, Anatoliy Rafailov və Tacikistanın ölkəmizdəki səfiri İlxom Abduraxmon iştirak ediblər.


Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031