Xətai rayonu ümumi təhsil müəssisələri üzrə “Kiçik Akademiya”ların hesabat konfransı keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 27 və 86 nömrəli tam orta məktəblərin təşkilatçılığı ilə keçirilən konfransda Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, məktəb direktorları, “Kiçik Akademiya” rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Xətai rayonu ümumi təhsil müəssisələri üzrə mərkəzi “Kiçik Akademiya”nın rəhbərləri il ərzində görülən işlər, əldə edilən uğurlar və gələcək hədəflər haqqında məruzə ediblər.
Konfransda şagirdlər humanitar, texniki, təbiət, fəlsəfə və digər məzmunlu elmi-tədqiqat işlərini təqdim ediblər.
Qeyd edək ki, paytaxtın digər rayonlarının ümumi təhsil məktəbləri üzrə “Kiçik Akademiya”ların hesabat konfransları davam edir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib