Dekabrın 5-dən Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC Könüllülük Həftəsi”nə start verilib.
UNEC-dən bildirilib ki, dekabrın 11-dək davam edəcək layihənin məqsədi tələbələrdə könüllülük mədəniyyətini daha da inkişaf etdirmək, onlara sosial məsuliyyət anlayışını aşılamaq və ictimai fəallığı artırmaqdır. “UNEC Könüllülük Həftəsi”, həmçinin gənc nəslin sosial məsələlərə, cəmiyyətin inkişafına və ümumi rifaha xidmət edən məsələlərə daha çox diqqət yetirməsini hədəfləyir.
Həftə ərzində tələbələr müxtəlif tədbir və layihələrə qatılaraq könüllülük anlayışı, onun əhəmiyyəti və cəmiyyətə olan faydaları ilə bağlı maraqlı məlumatlar əldə edəcəklər. Radio UNEC-də könüllülük fəaliyyətlərinin uğurlu nümunələri və təcrübələri barədə xüsusi proqramlar yayımlanacaq.
Layihə çərçivəsində tələbələr Heydər Əliyev Mərkəzinə ekskursiya edərək, Ulu Öndərin çoxşaxəli fəaliyyəti və zəngin irsi ilə tanış olacaqlar.
“Könüllülük Həftəsi”ndə bilik və idman yarışları, eləcə də mütaliə və esse müsabiqələri təşkil olunacaq. Tələbələr yarışlarda iştirak edərək öz bilik və bacarıqlarını sınayacaq, eyni zamanda, komandalar arasında sağlam rəqabət mühiti formalaşdıracaqlar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
DOĞUM GÜNÜN MÜBARƏK, CƏNAB PREZİDENT!