30 noyabr – 2 dekabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində pauerliftinqin AWPC versiyası üzrə dünya çempionatı keçirilib. 560-a yaxın idmançının mübarizə apardığı mötəbər yarışda Azərbaycan, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Belarus, Macarıstan, Çexiya və digər ölkələrin idmançıları qüvvələrini sınayıblar.
Çempionatda böyük uğura imza atan pauerliftinq üzrə Azərbaycan millisinin üzvü, Fövqəladə Hallar Nazirliyi Akademiyasının əməkdaşı leytenant Orxan Fərzəliyev deadlift hərəkəti üzrə 230kq, pauerliftinq hərəkəti üzrə isə 585kq nəticə ilə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, idmançı bu il iyunun 9-14-də Finlandiyanın Salo şəhərində AWPC versiyası üzrə keçirilmiş Avropa çempionatında qızıl medal qazanaraq çempion adına yiyələnib.
Xatırladaq ki, Orxan Fərzəliyev dəfələrlə ölkə və beynəlxalq miqyaslı mötəbər yarışlarda qüvvəsini sınayaraq ölkəmizə qızıl və gümüş medallar qazandırıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
FHN-in karate komandasının üzvləri respublika çempionatında yüksək nəticələr əldə ediblər
FHN “Aghdam Residence” yaşayış kompleksində təlim keçirib (video, foto)