azturkxeber.az
http://azturkxeber.az

Şamaxıda 5 ildə ASANlaşan 642  000 müraciət

05-12-2024

 

Şamaxı “ASAN Həyat” kompleksinin açılışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  5 dekabr 2019-cu il tarixində baş tutub.

Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, ABAD mərkəzi, Təlim mərkəzi , ASAN Kafe fəaliyyət göstərir. 

Şamaxı regional “ASAN xidmət” mərkəzi 24 dekabr 2019-ci il tarixində fəaliyyətə başlayıb. Mərkəz Şamaxı, Ağsu, Qobustan, İsmayıllı və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 642 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 400-ə yaxın xidmət həyata keçirilir.

Kompleksdə fəaliyyət göstərən 70 nəfər tutumu olan təlim mərkəzi var.


Bundan başqa kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası var.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031