Su borusunun partlaması səbəbindən alimlər bir müddət NASA-nın Günəş Dinamikası Rəsədxanası və IRIS kosmik gəmisi tərəfindən toplanan məlumatların çoxunu emal edə bilməyəcəklər.
10 santimetrlik soyuducu su xətti olan boru NASA-nın SDO Birgə Elm Əməliyyatları Mərkəzinin yerləşdiyi server otağında partlayıb.
NASA-nın Günəş Dinamikası Rəsədxanasının məlumatına görə, su borusunun partlaması binada böyük problemlərə yol açıb, Helioseismic and Magnetic Imager (HMI) və Atmospheric Imaging Array (AIA) alətlərinin yerləşdiyi laboratoriyaya, eləcə də IRIS kosmik gəmisindən məlumatları emal edən və yayan maşınlara böyük ziyan dəyib.
“Hazırda zərərin qiymətləndirilməsi, avadanlıqların təmiri və xilasetmə işlərinin başa çatdırılması üçün nə qədər vaxt lazım olacağı bəlli deyil. Biz bilirik ki, dəymiş ziyan böyükdür və təmir 2025-ci ilə qədər başa çatmayacaq”-deyə NASA-dan açıqlama verilib.
Qeyd edək ki, IRIS (Interface Region Imaging Spectrograph) günəş zondu 2013-cü ilin iyununda Yer orbitinə buraxılıb. SDO 2010-cu ildən alimlərə günəş fəaliyyətinin Yerdəki həyata necə təsir etdiyini daha yaxşı anlamağa kömək edir.
Server otağının su altında qalması SDO və IRIS-in heç bir köhnə işinə və ya məlumatlarına təsir göstərməyib. Məlumatların toplanması nominal olaraq davam edir və hazırda yeni və ya tarixi məlumatların itkisi gözlənilmir. Lakin məlumatların toplanması və paylanması sistemi hazırda yeni məlumatları emal edə bilmir. Buna görə də, bu məlumatların çatdırılmasında əhəmiyyətli gecikmə olacaq.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB
Ali Məhkəmədə qeyri-əmlak hüquqlarının pozulmasına görə mənəvi zərərin ödənilməsi müzakirə olunacaq