“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı”nın icrası ilə əlaqədar “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” layihəsi çərçivəsində keçmiş məcburi köçkünlər üçün bilik və bacarıqların artırılması təlimləri təşkil edilib.
Dövlət Komitəsindən bildirilib ki, təlimlərə işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürüləcək keçmiş məcburi köçkünlər cəlb olunublar. Belə ki, Böyük Qayıdış prosesində doğma yurda geri dönən əhalinin rahat və təhlükəsiz yaşayış şəraiti ilə yanaşı, iş yerləri ilə təmin edilməsi də ön plandadır. Prezident İlham Əliyev uzun müddət məcburi köçkün vəziyyətində olan vətəndaşların maddi rifahının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayıb. Dövlətimizin başçısının tapşırığı ilə işğaldan azad edilən ərazilərdə həyata keçirilən layihələrdə onlar üçün iş yerləri yaradılır, məşğulluq və sahibkarlıq təşəbbüsləri dəstəklənir. Birinci vitse-prezident Mehriban Əliyeva da məcburi köçkünlərin sosial məsələlərlə bağlı müraciətlərinə həssaslıq göstərir, müsbət həlli üçün tapşırıqlar verir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin Böyük Qayıdışa hazırlanması prosesində məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü iş aparır. Məcburi köçkün icmalarında bilik və bacarıqların artırılması, gəlir gətirən fəaliyyətlərin dəstəklənməsi, peşə hazırlığı və sahibkarlıq təlimləri, mikrobizneslərin yaradılması kimi tədbirlər həyata keçirilir.
Dövlət Komitəsi tərəfindən təşkil olunan təlimləri peşəkar mütəxəssislər aparırlar. Keçmiş məcburi köçkünlərə dərzi, bərbər, vizajist, aşpaz peşələri və digər peşələr öyrədilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
Milli Məclisin iclasında 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri ikinci oxunuşda müzakirə olunaraq qəbul edilib
Milli Məclisdə 2025-ci il üçün DSMF-in, İSF-in büdcə layihələri və büdcə zərfinə daxil olan digər sənədlər müzakirə edilib