Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) ilə birlikdə "Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?" sərlövhəli ingilis dilində hesabat hazırlayıb.
azturkxeber.az xəbər verir ki, hesabatın "Tarixə baxış" bölməsində bugünkü Ermənistan Respublikasının ərazisinin demoqrafik mənzərəsi hərtərəfli təhlil edilərək onun etnik tərkibinin erməni əhalinin xeyrinə süni olaraq dəyişdirilməsi ilə bağlı məlumatlar qeyd edilib. Yerli əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıların sayının zaman-zaman dəyişikliyə məruz qalması ilə bağlı statistik göstəricilər əksini tapıb.
Azərbaycanlıların doğma torpaqlarından sistematik köçürülməsi haqqında "Azərbaycanlılara qarşı hücumlar və hədə-qorxu" bölməsində ətraflı bəhs edilir: “Bu hədə-qorxu təcrid olunmuş bir fenomen deyildi, daha geniş, regionun demoqrafik tərkibinin dəyişdirilməsinə hesablanan planlaşdırılmış addım idi", - deyə hesabatda qeyd edilir.
"Azərbaycanlıların deportasiyası" bölməsində kütləvi deportasiyanın 4 mərhələsinin təfərrüatlarından bəhs edilir.
"Mədəni irsin silinməsi" bölməsində Azərbaycanın tarixi, mədəni və dini irsinin genişmiqyaslı məhvi prosesi barədə ətraflı məlumat təqdim edilir, dağıdılan abidə və məscidlər sadalanır.
Sonuncu bölmədə isə beynəlxalq konvensiyalardakı hüquqi çərçivələrə əsaslanaraq azərbaycanlıların öz evlərinə qayıtmasının onların ayrılmaz hüququ olması tezisi diqqətə çatdırılır.
Hesabatın tam mətni ilə linkə keçid etməklə tanış olmaq mümkündür.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Azərbaycan Respublikasının İnsan Hüquqlar üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva beynəlxalq insan hüquqları təşkilatlarına, açıq məktub ünvanlayıb