Böyük Britaniya hökuməti quş qripi ilə bağlı potensial pandemiyaya qarşı mübarizə məqsədilə 5 milyon dozadan çox quş qripi peyvəndi alıb.
azturkxeber.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, bu addım virusun quşlar arasında yayılmasının artması fonunda atılıb. Hazırda virusun insandan insana ötürülməsinə dair heç bir sübut yoxdur və peyvənd yalnız virus insanlar arasında yayıldığı təqdirdə istifadə üçün nəzərdə tutulub.
Oksford Universitetinin Oksford Peyvənd Qrupunun direktoru Endryu Pollard bildirib ki, qripin yeni bir ştamının ortaya çıxması pandemiya təhlükələri siyahısında birinci yerdə qalır və buna görə də H5 kimi potensial riskli qrip növlərinə qarşı davamlılığın təmin edilməsi gələcək pandemiya və epidemiyaya hazırlıq üçün vacibdir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Mövsümi qrip: yoluxma riski, peyvənd və düzgün müalicə - Səhiyyə Nazirliyindən açıqlama
Qrip mövsümü başlayır. Peyvənd kimlərə vacibdir? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavab verir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib