Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu ilə Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksi arasında memorandum imzalanıb.
İnstitutdan bildirilib ki, memorandum çərçivəsində botanika sahəsində seminarlar və təlimlər, təbiət və bitki müşahidələri, herbari inkişafı və bitki kolleksiyaları, endemik və nadir bitkilərin mühafizəsi, yaşıllaşdırma və ekoloji maarifləndirmə nəzərdə tutulub. Həmçinin botanika elmində olan yeniliklər və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin bu prosesə cəlb edilməsi və birgə elmi tədqiqat işlərinin aparılması, elmin təbliği və populyarlaşdırılması istiqamətində birgə fəaliyyət göstərilməsi nəzərdə tutulub.
Memorandumu Botanika İnstitutunun baş direktoru professor Səyyarə İbadullayeva və Mübariz İbrahimov adına Bağça-Məktəb-Lisey Kompleksinin icraçı direktoru Aqşin Bağırov imzalayıb.
Məktəbin direktoru və müəllim və şagird heyətinin iştirakı ilə keçən görüşdə Botanika İnstitutunun alimləri tərəfindən yaşıllaşdırma, qida təhlükəsizliyi və ekoloji maarifləndirməyə dair ustad dərsləri keçirilib, botanik alimlərin müəllifliyi ilə nəşr edilən bir sıra kitab, buklet və broşürlar məktəbin kitabxanasına təqdim olunub. “Sabahın alimləri” müsabiqəsində iştirak edəcək şagirdlər üçün layihələr təqdim edilib və onlar tədqiqatlara cəlb olunublar.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
AZƏRBAYCAN ELMİNİN YENİ İNKİŞAF MƏRHƏLƏSİ
NDU rektoru Elbrus İsayev "Naxçıvan Dövlət Universitetində 2024-cü ilin yekunları və 2025-ci il üzrə prioritetlər" əsasında media üçün brifinq keçirib
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Prezident Kitabxanasında “Qarabağ florası” kitabına həsr olunmuş dəyirmi masa keçirilib
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətə başlamasının 60 ili tamam olur