Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri Türkiyənin İstanbul şəhərinə işgüzar səfər ediblər.
AZSTANDART-dan bildirilib ki, səfər çərçivəsində qurum əməkdaşlarının İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMIIC), İslam Ticarəti İnkişaf Etdirmə Mərkəzinin (ICDT), o cümlədən İslam Əməkdaşlıq Təşkilatına (OIC) aid digər müvafiq qurumların birgə təşkilatçılığı keçirilən 10-cu Dünya Halal Sammitində, eləcə də sammit çərçivəsində “Halal Expo” sərgisində iştirakı təmin olunub.
Sammit zamanı halal iqtisadiyyatın dayanıqlı bazasının yaradılması, təchizat prosesinin şəffaf və etibarlı şəkildə təmin olunması, maliyyə çərçivələrinin halal dəyərlərinə uyğun qaydada tətbiqi, keyfiyyət və təhlükəsizlik yoxlamalarının təkmilləşdirilməsi mövzuları nəzərdən keçirilib.
Bundan əlavə, halal sənayenin davamlı inkişafı üçün texnoloji yeniliklərin inteqrasiyasına xüsusi diqqətin ayrılması və bu sahədə əməkdaşlıqların qurulmasının vacibliyi vurğulanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib