“AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayevlə bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.
ASC-dən bildirilib ki, bp şirkəti ilə Azərbaycan enerji sistemi arasındakı əməkdaşlıq münasibətlərinin müzakirə edildiyi görüşdə Səngəçal terminalının elektrik şəbəkəsinə qoşulma layihəsinin gedişatı, bu layihənin dekarbonizasiya məqsədində önəm daşıması ilə bağlı Prezident İlham Əliyevin COP29-un açılış mərasimində dediyi fikirlər xüsusi olaraq vurğulanıb.
Görüşdə Cəbrayılda tikilən 240 meqavatlıq bp “Şəfəq” Günəş Elektrik Stansiyasının enerji sistemə inteqrasiyası üçün “AzərEnerji” tərəfindən tikilən 330 kV-luq yarımstansiya və bu yarımstansiyanın 330 kV-luq “Cəbrayıl” Enerji Qovşağı ilə əlaqələndirilməsi üçün 330 kV-luq ötürmə xətlərinin çəkilməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB