azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın sədrliyi ilə QDİƏT-in turizmlə bağlı iclası keçirilib

04-12-2024

 

Dekabrın 3-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə işçi qrupunun video-konfrans formatında 3-cü iclası Azərbaycanın sədrliyi, Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələrinin iştirakı ilə onlayn formatda keçirilib.

İclasda DTA-nın aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov və təşkilatın baş katibinin müavini Dimitrios Rallis açılış nitqləri ilə çıxış ediblər.

Türkiyə, Gürcüstan, Ermənistan, Yunanıstan, Rumıniya, Rusiya, Moldova, Şimali Makedoniya və Ukraynanın təmsil olunduğu iclas zamanı Azərbaycanın təşkilata sədrlik etdiyi 2023-2024-cü illər ərzində fəaliyyət istiqamətləri müzakirəyə çıxarılıb, turizm üzrə həyata keçirilə biləcək layihələrə dair fikri mübadiləsi aparılıb.


Üzv dövlətlərə noyabr ayında Azərbaycanın ev sahibliyi ilə keçirilmiş COP29 tədbiri çərçivəsində təşkil olunan "Turizm Günü" tədbirləri, həmçinin Qlazqo Bəyannaməsinə qoşulma təşəbbüsü haqqında ətraflı məlumat verilib. 

İclasın yekununda “2023-2024-cü illər üzrə QDİƏT-in Turizm sahəsində əməkdaşlıq üzrə İşçi Qrupunun Fəaliyyət Planı” təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031