azturkxeber.az
http://azturkxeber.az

Suraxanıda narkotiklərin satışı ilə məşğul olan və oğurluq edən şəxslər saxlanılıblar

03-12-2024

 Suraxanı Rayon Polis İdarəsi (RPİ) 33-cü Polis Bölməsi (PB) əməkdaşları ötən gün narkotik vasitələrin qanunsuz dövriyyəsinə və talama cinayətlərinə qarşı növbəti əməliyyatlar həyata keçiriblər. Tədbirlə narkotiklərin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş 31 yaşlı Kənan Qaçayev saxlanılıb. Ondan 2 kiloqrama yaxın psixotrop maddə metamfetamin aşkarlanıb. 
Keçirilən digər tədbir zamanı oğurluq cinayəti törədən əvvəllər məhkum olunmuş 20 yaşlı Anar Cəfərov və 27 yaşlı Əli İsmayılov saxlanılıblar. Onlar gecə saatlarında rayonun Zığ qəsəbəsində yerləşən evlərdən birinin pəncərəsini qıraraq mənzildən pul, qızıl-zinət əşyaları və mobil telefon oğurlayıblar. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031