azturkxeber.az
http://azturkxeber.az

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib

03-12-2024

IMG

“Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nda dəyişiklik edilib.

azturkxeber.az xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

Həmçinin dəyişikliyə əsasən, Qaydaların 3.2-ci bəndində “bu Qaydaların əlavəsi” sözləri “müvafiq təhsil proqramları” sözləri ilə əvəz edilib. Qaydalara əlavə - “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti” ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031