azturkxeber.az
http://azturkxeber.az

Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışın aradan qaldırılması yolları müzakirə edilib

02-12-2024

 2 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış: Bullinq” mövzusunda dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu konfransı keçirilib. 

Qeyd edək ki, konfrans “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası və 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü çərçivəsində baş tutub. 

Konfransda çıxış edənlər uşaq hüquqları sahəsində fəaliyyətə vətəndaş cəmiyyətinin, elm və təhsil müəssisələrinin cəlb edilməsi, habelə mövcud problemin koordinasiyalı həllinə nail olunması istiqamətində fikir və təkliflərini səsləndiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031