azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə Ordubadda sakinlərlə görüşüb

02-12-2024

 

Dekabrın 2-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunda olub, sakinlərlə görüşüb.
Görüşdən əvvəl səlahiyyətli nümayəndə Ümummilli Liderimiz Heydər Əliyevin Ordubad şəhərində ucalan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıb.
Sonra vətəndaşları, o cümlədən şəhid ailəsi üzvünü qəbul edən səlahiyyətli nümayəndə onların hər biri ilə fərdi söhbət aparıb, problem və təkliflərini dinləyib. Müraciətlər protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031