Gürcüstanın Marneuli şəhərindəki “Tea House”da (Çay Evi) gənc rəssamların “Ağ və qaranın harmoniyası” adlı rəsm sərgisi açılıb.
azturkxeber.az xəbər verir ki, sərgidə “Çay Evi”nin rəsm kursunun tələbələrinin kətan üzərində kömür və sadə qələmlə çəkilmiş 40-dan çox əsəri nümayiş etdirilib.
Eyni zamanda, açıq havada sərbəst mövzuda müxtəlif rəsmlər çəkilib.
“Tea House”nin rəhbəri Emin Əhmədov bildirib ki, sərginin məqsədi regionda incəsənətin inkişafına, yeniyetmə və gənclərin bu sənətə və ümumiyyətlə incəsənətə marağının artırılmasıdır.
Onun sözlərinə görə, “Tea House”da kompüter texnologiyaları, rəssamlıq, şahmat və digər sahələr üzrə təhsil alan tələbələrin sayı günbəgün artır. Bu da ümumilikdə onların elmə marağının artmasına, mədəniyyətimizin təbliğinə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə imkan yaradır.
Qeyd edək ki, “Tea House”da gənclərin inkişafı üçün nəzərdə tutulan bu layihə 2012-ci ildən həyata keçirilir və SOCAR tərəfindən maliyyələşir. Bu günə qədər layihədən 12 mindən çox tələbə, yeniyetmə və gənc faydalanıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Heydər Əliyev Mərkəzində MAMA “Ana təbiət” beynəlxalq incəsənət layihəsi və “Öz töhfəni ver!” sərgisi açılıb
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
İqlim dəyişikliyi və insan hüquqları ilə bağlı müsabiqələr elan edilib
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb