Dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtаhаnı keçirib.
DİM-dən bildirilib ki, imtahanda namizədlərə 100 test tapşırığı təqdim olunub. Onlardan 80 tapşırıq qanunvericilik üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Qanunvericiliyə aid tapşırıqlar üzrə hər düzgün cavab 1, məntiq üzrə isə 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
İmtahan vermək üçün namizədliyi qeydə alınmış 185 nəfərdən 2-si imtahana gəlməyib. 55 və dаhа çох bаl tоplаmış 116 namizəd müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılıb.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası dekabrın 3-4-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
DİM: 185 namizədin ədliyyə orqanlarına qulluğa qəbul imtahanı verməsi nəzərdə tutulur
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki işə qəbul ilə bağlı qeydiyyatdan keçən şəxslərin nəzərinə!