Dekabrın 1-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirir.
DİM-dən verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil edilir. İmtahan vermək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.
İmtahan saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
DİM: 3300-dən çox namizəd dövlət qulluğu vəzifələri üzrə imtahan verəcək
DİM bu gün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirir
Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
DİM: 185 namizədin ədliyyə orqanlarına qulluğa qəbul imtahanı verməsi nəzərdə tutulur