ABŞ-nın şərq və şimal-şərq bölgələrinə təsir edən qar və kəskin soyuqlar həyata mənfi təsir göstərir. ABŞ-nın Kanada sərhədinə yaxın və uzun müddətdir hava istiliyinin mövsüm normalarının üzərində olduğu bölgələrində hiss olunmağa başlayan soyuq hava xüsusilə Nyu York şəhərinin, Pensilvaniya və Ohayonun şimal bölgələrində həyatı mənfi təsir etməyə başlayıb.
Meteoroloji Xidmətinin məlumatına görə, ölkənin şərqinə doğru hərəkət edən "donan hava kütləsi"nin bu bölgədəki ştatlarda bir müddət təsirini davam etdirəcəyi gözlənilir.
Mütəxəssislər qar yağışının Kanada sərhədindəki göllər bölgəsinə artıq təsir etdiyi və ABŞ əhalisinin təxminən 70 faizinin bir neçə gün ərzində aşağı temperatur yaşayacağı barədə məlumat paylaşıb.
Bildirilib ki, qar şərq bölgəsində bəzi dövlətlərarası avtomobil yollarına güclü təsir göstərəcək. Bəzi rayonlarda 15-25 santimetrə qədər qar yağacağı gözlənilir.
Həftə sonu aramsız yağması gözlənilən qarın qalınlığının Nyu-Yorkun Kanada sərhədindəki Ontario gölü ətrafına 1,80 metrə çata biləcəyi səbəbindən bölgə üçün fövqəladə vəziyyət elan edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Doğuşdan sonra qadınları ən çox narahat edən suallar – Səhiyyə Nazirliyinin mütəxəssisi cavablandırır
Proqnoz: Sabah qar yağacaq