Qazaxıstanın Uralsk şəhərində fəaliyyət göstərən "Milli Maarif Cəmiyyəti" İctimai Birliyi Azərbaycan Mədəniyyət Günləri keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, tədbirdə təşkilatın Ağsaqqallar Şurasının, Gənclər Birliyinin üzvləri, Qazaxıstan Xalqı Assambleyasının bölgədəki filialının təmsilçiləri, diaspor nümayəndələri və yerli xalq iştirak edib. Birliyin rəhbəri Nəcəf Məmmədov çıxış edərək qonaqlara Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumat verib.
Tədbirdə Azərbaycanın mədəniyyətini özündə əks etdirən suvenirlər, musiqi alətləri, geyimlər sərgilənib, milli rəqslər nümayiş olunub. Sonda fəal diaspor nümayəndələrinə təşəkkürnamələr təqdim edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
Milli həmrəylik və zəfər təntənəsi-ZİYAFƏT ƏSGƏROV
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib