Kamerunun ucqar şimal bölgəsində cümə axşamı günü baş verən qayıq qəzası nəticəsində azı 20 nəfər həlak olub.
azturkxeber.az xəbər verir ki, bu barədə Sinxua agentliyi hadisə şahidlərinə və təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb. Qayığın Darak adasından sərnişin daşıyarkən qəzaya uğradığı bildirilir.
Yerli mediada yayılan məlumata görə, xilasetmə işləri davam edir və ölənlərin sayının arta biləcəyi istisna olunmur. Hüquq-mühafizə orqanları qəzanın səbəbləri ilə bağlı rəsmi araşdırmaya başlayıblar.
Kamerunun şimal bölgəsində həddindən artıq yüklənmə, daşıma qaydalarının pozulması və pis hava şəraiti səbəbindən gəmi qəzaları tez-tez baş verir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri