Esenboğa Hava Limanında Dövlət Hava Limanları İdarəsi Ümumi Müdirliyi tərəfindən təyyarə yanğın manevri keçirilib.
Təlimdəki ssenariyə görə, İstanbul-Ankara reysi ilə 1261 nömrəli 160 sərnişin və 7 ekipaj üzvü olan A321 tipli sərnişin təyyarəsi eniş zamanı “qəza”ya uğrayıb.
Təyyarənin mühərriklərində və gövdəsinin altında baş verən yanğınla əlaqədar “təyyarə qəzası və dağıntı” siqnalı verilib, Hava Limanının Xilasetmə və Yanğından Mühafizə qrupları həyəcan siqnalı ilə hərəkətə keçib.
3 dəqiqə ərzində hadisə yerinə gələn qruplar yanğına müdaxilə edərək qısa müddətdə alovu söndürüb. Ekipaj təyyarənin qapısını içəridən aça bilmədiyi üçün Hava Limanının Xilasetmə və Yanğından Mühafizə qrupları təyyarəyə xaricdən daxil olublar.
Xilasetmə və təxliyyə əməliyyatının başlanması ilə yaralılar xərəkdə təcili yardım maşınlarına aparılıb və orada ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara yerləşdirilib.
Təxliyyə əməliyyatı və yanğının soyudulması prosedurlarından sonra təyyarə təhlükəsiz əraziyə çəkilib və uçuş-enmə zolağı yenidən nəqliyyatın hərəkəti üçün açılıb.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
AZAL-ın təyyarəsinin qəzaya uğramasından bir il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
Antalyada təyyarədə baş verən yanğına 23 saniyədə müdaxilə edilib