azturkxeber.az
http://azturkxeber.az

Səlahiyyətli nümayəndə Babək rayonunda vətəndaşları qəbul edib

28-11-2024

 Noyabrın 27-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Babək rayonunda vətəndaşları qəbul edib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Babək şəhərində ucalan abidəsi ziyarət edilib. 
Sonra vətəndaşları, eləcə də şəhid ailəsi üzvləri və qaziləri qəbul edən səlahiyyətli nümayəndə onların hər biri ilə fərdi qaydada söhbət edib, problem və şikayətlərini dinləyib. Bildirilib ki, müraciətlərin hər biri protokollaşdırılaraq həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930