Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə keçirilən “SAT-SAS-2024” birgə təlimində növbəti tapşırıqlar icra olunub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Təlimin planına əsasən, hər iki ölkənin dəniz xüsusi təyinatlı bölmələri kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla zərərsizləşdirilməsi, həmçinin şərti düşmənin hədəf gəmisinə sualtı gizli yaxınlaşaraq xüsusi dəniz minalarının quraşdırılması üzrə tapşırıqları yerinə yetiriblər.
Birgə təlimdə əsas diqqət hərbi qulluqçuların nəzəri biliklərinin artırılmasına, praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Ombudsmanın İnsan Hüquq və azadlıqlarının daha effektiv təmini üzrə illik təklifləri
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“SAT-SAS-2024” təlimi davam edir