Şri-Lankada daşqınlar nəticəsində 4 nəfər ölüb, 9 nəfər yaralanıb, 6 nəfər isə itkin düşüb.
azturkxeber.az Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqının fəsadları barədə məlumatları təbii fəlakətlərlə mübarizə mərkəzinin baş direktoru Udaya Herat mətbuat konfransında açıqlayıb.
Onun sözlərinə görə, daşqınlar 230 min 743 nəfərə təsir edib və 600-dən çox evi dağıdıb. Zərərçəkənlərə yardım göstərmək üçün ümumilikdə 165 müvəqqəti düşərgə yaradılıb.
Prezidentin mətbuat xidməti bildirib ki, dövlət başçısı fəlakətə məruz qalmış ərazilərdəki insanlara təcili kömək çatdırılmasını təmin etmək üçün məmurlara tapşırıq verib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
Bakıda İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfransın açılış sessiyası keçirilib
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri