Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işğaldan azad olunmuş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi istiqamətində qarşıda duran vəzifələrlə bağlı işəgötürənlərlə görüş keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Minatəmizləmə Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin nümayəndələri iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində görülən işləri, işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminatı istiqamətində həyata keçirilən tədbirləri qeyd edib. Bu tədbirlərdə işəgötürənlərlə sıx əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
İşğaldan azad olunan ərazilərə köçürülən və köçürülməsi nəzərdə tutulan vətəndaşların məşğulluqlarının təmin olunması məqsədilə aktiv məşğulluq proqramlarının icrası sahəsində görülmüş işlər, bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə edilib.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 29 il keçir
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
Milli Məclisin plenar iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlanıb
Milli Məclisin iclası keçirilib
2024-cü ilin 9 ayında Saatlının istehsal və xidmət sahələri üzrə əsas göstəriciləri